Loyallıq proqramı - Müştəriləri təkrar alışlarına sövq edən, korporativ ideyaların və dəyərlərin təşviq edən və potensial gəlirli davranışları artırmağa kömək edən bir sıra marketinq tədbirləridir.
Bonus - Bonus vahidlərinin yığılmasına əsaslanan daimi müştəriləri alışlara təşviq edən sistemidir, bu bonusları alıçılar daha sonra xüsusi mükafatlarla dəyişdirilə bilər və ya satın almağın bir və ya tam hissəsi ödəmək üçün istifadə edilə bilər.
Keşbek - Müştərini alış-veriş etməyə təşviq edən təxirə salınmış bonuslar şəklində xərclərin müəyyən bir hissəsinin qaytarılmasıdır.
Endirim - Daha çox müştəri cəlb etmək üçün satıcı tərəfindən maya dəyərinin ilkin dəyərindən könüllü şəkildə endirilməsi.
Cəmlənən bonus - Alış-veriş edərkən bonuslar toplamağa və gələcəkdəki alışlar üçün yığılmış bonuslarla ödəməyə imkan verən bir necə dərəcəli yığma sistem növüdür.
Cəmlənən keşbek - Müəyyən alış vahidi toplamağa və sonrakı alışlar üçün yığılmış vahidlərlə ödəməyə imkan verən dərəcəli yığma sistem növüdür.
Cəmlənən endirim - Müəyyən sayda alış-verişdən sonra bir endirim kateqoriyasından daha böyük diğər kateqoriyaya keçməyə imkan verən dərəcəli yığma sistem növüdür.
Referal - Dostu və ya tanışı dəvət edəndə müəyyən imtiyazlar almağa imkan verən loyallıq proqramı.
Lid - Reklamçının ehtiyacı olduğu meyarlara görə seçilən istehlakçıların konkret hərəkətləri.
Aksiya - Satışları artırmaq, yeni müştərilər cəlb etmək və ya mövcud müştərilərin diqqətini artırmaq məqsədi ilə şirkət və ya brend tərəfindən təşkil edilən tədbir.
Promokod - Hərflər və/və ya rəqəmlər birləşməsindən ibarət olan, xüsusi şərtlərlə məhsul və ya xidmət almaq imkan yaradan unikal kod.
FeedBack - Istehlakçı, alıcı və ya müştəri tərəfindən gələn rəylər.
Kupon - Satılan məhsula hədiyyə kimi əlavə olunan məhsullar birləşəndə ayrı-ayrılıqdan daha ucuz olan və müştəriləri stimullaşdıran yol.
Vaucer - Müştərilərin müəyyən sayda alış-veriş etdikdən sonra imtiyaz almasına imkan yaradan kampaniya növü.
Endirim kampaniyası - Müştərinin loyallığını formalaşdırmaq üçün marketinq kanalının iştirakçıları ilə qarşılıqlı fəaliyyətin səmərəliliyinin artırılmasına yönələn tədbirlər kompleksi.
Referal kampaniyası - Məhsul haqqında məlumatın ənənəvi reklam kanalları ilə deyil, dostlarına və qohumlarına bəyəndikləri xidmət və ya məhsul haqqında danışaraq yayılması.
Loyallıq kampaniyası - Mövcud müştərilərin sədaqətini qazanmaq üçün müəyyən bir müddətdə keçirilən tədbirlər.
Transaksiya - Alqı-satqı zamanı həyata keçirilən hər hansı ödəmə əməliyyatı.
Push bildirişlər - Kompüter və mobil cihazlarda abunəçilərə göndərilən qısa mesajlar.
QR kod (Quick Response) - Əlaqələndirildiyi obyekt haqqında məlumatı ehtiva edən telefon tərəfindən oxunan barkod.
Orta çek - Satış performansının göstəricisi. Həyata keçirilən alışların ümumi miqdarı sayına bölünərək hesablanır.
Rəqəmsal loyallıq kartı - Müştərinizin mobil telefonunda saxlanılan və ənənəvi plastik və kağız kartlardan bir sıra üstünlüklərə sahib olan kart.
Unikal müştəri - Ilk dəfə müəssisənizə müraciət edən müştəridir.
Gemifikasiya - Məqsədi oyun olmayan proses və hadisələrdə oyun metodları uyğunlaşaraq interaktiv əlaqələr qurmaq üçün yaradılan texnologiya.
Müştəri təcrübəsi - Müəssisə / təşkilat və müştəri arasındakı qarşılıqlı əlaqələrin nəticəsi.
POS (Satış nöqtəsi) - Müştərinin alışı tamamladığı satış və ya alış yeri.
NPS (Net Promoter Score) - Istehlakçıların məhsula və ya şirkətə olan bağlılığını təyin edən indeks (tövsiyə edəcəlmi indeksi), alış-verişi təkrarlamağa hazır olub-iolmamasını qiymətləndirmək üçün istifadə olunur.
LTV (Customer Lifetime Value) - «Müştərinin ömür boyu dəyəri». Şirkətin bir müştəridən bütün əməkdaşlıq dövründə əldə etdiyi mənfəətin miqdarını hesablamağa kömək edən indeks.
CRM (Customer Relationship Management) - Müştəri əlaqələri idarəetmə sistemi, satışları artırmağa, marketinqi optimallaşdırmağa, müştərilər ilə olan münasibətlərin tarixi haqqında məlumatları saxlamağa kömək edən və müştəri xidmətini yaxşılaşdıran sistemdir.
CLM (Customer Lifecycle Management) - Müştərinin ömrünü idarəedən, müəyyən bir müddəti təhlil edən və müştəri ilə əlaqələri ölçərək iş nəticələrini göstərən metrik.
CDP (Customer Data Platform) - "Müştəri məlumat platforması". Hər bir sistem üçün uyğun ola biləcək daimi, vahid müştəri məlumat bazasını yaradan proqram dəsti.
Data Collection Platform (Məlumat Toplama Sistemi) - Xüsusi strukturlaşdırılmış məlumatların sistematik toplanmasına və bu məlumatlara əsaslanaraq sonrakı məlumat analizinə imkan yaradaraq məlumat toplama prosesini asanlaşdıran kompüter tətbiqi.
Tarqetinq - Mövcud auditoriya arasından yalnız göstərilən meyarlara cavab verən hissəni seçməyə və reklamı sırf ona göstərməyə imkan yaradan reklam mexanizmi.