Salonunuz ən az bir müştərinin loyallığını qazana bilsə nə baş verər?

Bəzən potensial müştəri tamamilə fərqli xidmətlər təklif edən salonlar arasında seçim etməyə çətinlik çəkir. Əvvəllər hər bir gözəllik salonunun müxtəlif xidmətlər üçün eyni yerə gələn müştəriləri var idi. İndi isə hər iki şəxsdən biri “yeni” avadanlığı sınamaq üçün və ya “açılış” işarəsi arxasınca qaçır. Lakin bu kimi birdəfəlik ziyarətlər uğura səbəb olmur və salonlar müştərilərini itirməyə davam edir. Sizcə bu niyə görə baş verir?

Cəmi 1 dəqiqə ərzində gözəllik salonunuz üçün loyallıq proqramını yaradın. 


İndi başla

      

Biz hesab edirik ki, məsələ tək əvvəllər istedadlı makiyaj sənətçilərin sayı nisbətən az olmasında və ya bu gün salonların sayı sürətlə artmasında deyil. Əsas problem müştəriləri yanınızda saxlamaq üçün sistemləşdirilmiş yanaşmanı və emosional bağlılığı qurmağa salon sahibinin vaxtı və imkanı olmamasıdır.

Bu emosional bağlılığı necə təmin etmək olar?

Reklam, hansılara ki salon sahibkarları dayanmadan xərc çəkirlər artıq köhnəlib və bu gün insanlar daha çox rəylərə və ya dostlarının məsləhətlərinə inanır. Buna görə də loyallıq və müştərilərə fərdi yanaşma kimi mövzular aktuallaşır.

Bir çox insanlar loyallıq proqramı müştərini cəlb etmək üçün yox, yalnız saxlamaq üçün yarandığını düşünürlər Ancaq, salonunuz tək bir müştərinin etimadını qazandıqdan sonra, əmin ola bilərsiniz ki, o 90% öz dostlarına məsləhət edəcək. Nəticədə isə həm bu müştərini yanınızda saxlaya biləsiniz, həm də ki yenisini əldə edəcəksiniz.

 

Öz loyallıq proqramınızı 1 dəqiqə ərzində tətbiq edin. Unikal InLoya.com platformasının köməyi ilə aşağıda sadalanan əməliyyatları müstəqil şəkildə idarə edə bilərsiniz:

  • bonus, endirim və ya cashback üsullarından biri seçərək loyallıq idarəetmə sistemini avtomatlaşdırın;
  • müştərilərin fəaliyyətini izləyin;
  • müştərilər üçün “Ad günü münasibətilə təbrik etmək" funksiyasını quraşdırın;
  • aksiyalar və endirimlər haqqında avtomatik bildirişləri işə salın;
  • yeni müştərilərlə münasibət qurun və ya itirilmiş müştərilərlə münasibəti bərpa edin;
  • müştərilərdən tez və rahat rəy almaq üçün QR texnologiyasından istifadə edin;
  • marketinq aksiyaları keçirin;
  • müştəri bazasını asanlıqla qruplaşdırın;
  • dostlarını dəvət etdiyinə görə müştərilərinizi mükafatlandırın;
  • fəaliyyət statistikasını izləyin;
  • avtomatik SMS mesajları, Push bildirişləri və ya e-poçt vasitəsi ilə kommunikasiya qurun.

 

Yuxarıda göstərilən üstünlüklərdən əlavə olaraq, InLoya.com -un yeni imkanlarından da yararlana bilərsiniz. Beləliklə, komandamıza müraciət etdikdən cəmi 24 saat sonra öz internet mağazanızı yaradıb kosmetik məhsulları sata bilərsiniz. Bundan da əlavə, 10 gün sonra unikal mobil tətbiqi işə salmaqla rəqəmsal kartı inteqrasiya etmək imkana sahib ola bilərsiniz.

Loyallıq proqramlarının daha mürəkkəb konstruksiyaları üçün InLoya.com əməkdaşları ilə əlaqə saxlayın və ya sorğunuzu göndərərək bizim zəngimizi gözləyin! 


İndi başla

 

Müştəriniz möcüzə şəkildə sizin üçün xeyir gətirə bilər - əsas onlara düzgün motivasiya verin.

 

 

Share